İtaliyanın enerji xərcləri 300% arta bilər

İtaliyanın enerji xərcləri 300% arta bilər
26 Sentyabr-11:17

İtaliya sakinlərinin gələn il qaz və elektrik enerjisi xərcləri 2020-ci ilə nisbətən 300% arta bilər.

"Margin.az" xəbər verir ki, bu barədə ölkənin istehlakçıların hüquqlarının müdafiəsi assosiasiyası məlumat yayıb.

Məlumata görə, 2021-2022-ci illərdə italyanların enerji xərcləri 2020-ci ilə nisbətən ümumilikdə 92,7% artacaq. Bu il ümumi elektrik xərcləri hər ev üçün 2558 avroya yüksələcək (qaz üçün 1516 avro, elektrik enerjisi üçün 1042 avro).