Kanada Ukraynaya 268 mln. dollar hərbi yardım ayıracaq

Kanada Ukraynaya 268 mln. dollar hərbi yardım ayıracaq
28 Yanvar-14:49

Kanada hökuməti "UNIFIER" hərbi məsləhətçi əməliyyatını davam etdirmək üçün Ukraynaya 340 milyon Kanada dolları (268 milyon dollar) həcmində hərbi yardım ayıracaq.

"Margin.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində yazıb.

Əlavə edək ki, 2015-ci ildən Kanada Silahlı Qüvvələri "UNIFIER" əməliyyatı çərçivəsində Lvov vilayətində Ukrayna ordusunun əsgər və zabitlərinə təlim keçir.