Qazaxıstan Türkiyəyə 1 milyon dollar yardım ayıracaq

Qazaxıstan Türkiyəyə 1 milyon dollar yardım ayıracaq
08 Fevral-13:50

Qazaxıstan Türkiyənin 10 vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə ölkəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayıracaq.

"Margin.az" xəbər verir ki, bu barədə Qazaxıstan Rəyasət Heyəti məlumat açıqlayıb.

Məlumata görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə Türkiyəyə 1 milyon dollar təcili yardım ayrılması barədə göstəriş verib. Həmçinin, Qazaxıstanın səlahiyyətli orqanları Türkiyə ilə birlikdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir.