ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 5,2 milyon barel azalaraq 413,9 milyon barelə enib.
"Margin.az" xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb.
Məlumata görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 2,1 milyon barel azalaraq 387 milyon barelə enib.
Əlavə edək ki, eyni dövrdə ABŞ-ın benzin ehtiyatları 5,3 milyon barel artaraq 219,1 milyon barel olub.