Güzəştli mənzillər ən çox kimlərə satılıb?

Güzəştli mənzillər ən çox kimlərə satılıb?
08 Dekabr-14:00

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi ilə bağlı sentyabrın 24-28-də keçirilən "Güzəştli mənzil"lərin alqı-satqısı üzrə nəticələri və statistik göstəriciləri açıqlayıb.

"Margin.az" Agentliyə istinadən xəbər verir ki, ümumilikdə bu sistem vasitəsilə 815 mənzil satılıb.

Satışın nəticələrinə görə, 218 mənzil ən azı 15 il məktəbdə müəllim işləyən şəxslərə, 170 mənzil ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara, 123 mənzil isə ən azı 3 il dövləq qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslərə satılıb. 

Mənzil əldə etmiş vətəndaşların kateqoriyası ilə buradan tanış olmaq mümkündür.