Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib
23 Oktyabr-15:14

Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, Kreml bu barədə dərhal məlumat verəcək.

“Margin.az” “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata əsasən, noyabrın 10-da Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki sənəd imzalanacaq.