Kriptovalyutalar ucuzlaşmaqda davam edir

Kriptovalyutalar ucuzlaşmaqda davam edir
14 Noyabr-09:45

FTX-nin kriptovalyuta bazarında yaratdığı böhran vəziyyəti davam edir. 

"Margin.az" xəbər verir ki, kriptovalyutalarda müşahidə edilən eniş dinamikası bu gün də müşahidə edilib. 

Məlumata görə, bazarın ən dəyərli kriptovalyutası olan bitkoinin qiyməti 15 min dollara enib. "Ethereum" isə 1 170 dollar səviyyəsinə qədər geriləyib.

Əlavə edək ki, bir neçə gün əvvəl böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşməsi səbəbi ilə iflas olduğunu açıqlayıb.