Kristalina Georgieva: “Bütün ölkələrin əhalisinin ən az 40%-i vaksin oluna bilməyəcək”

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin peyvənd nisbətlərində böyük fərqlər var.
Kristalina Georgieva: “Bütün ölkələrin əhalisinin ən az 40%-i vaksin oluna bilməyəcək”
17 Sentyabr-15:51

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva COVID-19 peyvəndi olan ölkələri aşağı və orta gəlirli ölkələrə daha çox doz göndərməyə çağırıb.

"Margin.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ticarət Təşkilatının birgə bəyanatında qeyd olunub.

Hesabata görə, təcili tədbirlər görülməsə, bu ilin sonuna qədər bütün ölkələrin əhalisinin ən az 40%-i vaksin oluna bilməyəcək. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin peyvənd nisbətlərində böyük fərqlər var.