“Lada Granta” avtomobillərinin istehsalı müvəqqəti dayandırılır

“Lada Granta” avtomobillərinin istehsalı müvəqqəti dayandırılır
21 İyul-16:22

Rusiyanın “AvtoVAZ” şirkəti iyulun 22-23-də tarixlərində “Lada Granta” avtomobillərinin istehsalını iki günlük dayandıracaq.

“Margin.az” "TASS"a  istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, buna səbəb elektron hissələrin çatışmazlığıdır.

Əlavə edək ki, son 2 həftə ərzində artıq 3-cü dəfədir ki, “AvtoVAZ”ın avtomobil istehsalında fasilə yaranır. Məlumata görə, elektron avtomobil hissələri bazarındakı qlobal çatışmazlıq 2022-ci ilə qədər davam edəcək.