“Lukoil” riskli sahələrə lisenziya alan ilk şirkət ola bilər

“Lukoil” riskli sahələrə lisenziya alan ilk şirkət ola bilər
14 Sentyabr-17:25

Rusiya Təbii Sərvətlər Nazirliyinə 2019-cu ildən bəri ilk dəfə olaraq Kars və Baltik dənizlərində kəşf edilməmiş sahələr üçün müraciət edən iki şirkət olub- "Lukoil" və "Yamalın". Buna görə də bu şirkətlər Rusiyada iki dənizdə riskli sahələrə lisenziya alan ilk şirkət ola bilərlər.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin rəhbəri Aleksandr Kozlov jurnalistlərə açıqlamasında bildirib.

"Sahələrin ayrılması vacib bir addımdır, çünki dəniz sahələri hələ də az araşdırılır, lakin böyük mineral yataqlarının kəşf edilməsi perspektivlidir", - deyə Kozlov bildirib.