Maliyyə Nazirliyi böyük məbləğdə borc alır

Maliyyə Nazirliyi böyük məbləğdə borc alır
24 Noyabr-13:57

Bakı Fond Birjasında noyabrın 29-da Maliyyə Nazirliyinin 100 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək.

"Margin.az" Birja-ya istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. 

İstiqrazların buraxılış parametrləri:

Dövlət istiqrazının növü: Diskontlu, qısamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0104002974

Emissiya həcmi: 100 000 000 manat

Nominal dəyəri: 100 manat

İstiqrazların tədavül müddəti: 364  gün

Ödəmə tarixi: 28.11.2023

Anderrayter: Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.