Manat avro və rubl qarşısında ucuzlaşıb

Manat avro və rubl qarşısında ucuzlaşıb
16 Sentyabr-09:00

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta məzənnəsini açıqlayıb.

"Margin.az" banka istinadən xəbər verir ki, avronun məzənnəsi 0,03% artaraq 2,0077 manat, Rusiya rublunun məzənnəsi isə 0,9% bahalaşaraq 0,0235 manat təşkil edib. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.