Profisitli dövlət büdcəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5,5% azalıb.
“Margin.az” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
“İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın bu ilin 6 iyun tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır”, - məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, qiymətləndirmələrə görə, məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,044% artırıcı təsir göstərir.