Mask tarixdə 200 milyard dollar itirən ilk insan oldu

Mask tarixdə 200 milyard dollar itirən ilk insan oldu
31 Dekabr-10:15

"Tesla", "SpaceX" və "Twitter"in rəhbəri İlon Maskın sərvəti ötən ilin sonundan bəri 200 milyard dollardan çox azalıb. Bununla da o, tarixdə 200 milyard dollar itirən ilk insan olub.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, Maskın 2021-ci ilin noyabr ayında sərvəti təxminən 340 milyard dollar olub.

Lakin onun təsis etdiyi elektrik avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin kəskin ucuzlaşması, həmçinin "Twitter"i 44 milyard dollara almasından sonra Maskın sərvəti azalıb.

Əlavə edək ki, Mask milyarderlər siyahısında ikinci sıradadır.