MDB Dövlət Başçıları Şurasının iclasında iki vacib sənəd imzalanacaq

MDB Dövlət Başçıları Şurasının iclasında iki vacib sənəd imzalanacaq
13 Oktyabr-18:44

MDB Dövlət Başçıları Şurasının oktyabrın 15-nə təyin edilmiş iclası videokonfrans formatında keçiriləcək.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iclasın gündəliyinə 11 məsələ daxildir. Xüsusilə, sammitdə təşkilatın 30 illiyi münasibətilə, bioloji təhlükəsizlik sahəsində əməkdaşlığa və miqrasiya sahəsində qarşılıqlı əlaqələrin inkişafına dair bəyanatların qəbul edilməsi planlaşdırılır. Həm də təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı daha iki sənədin imzalanması nəzərdə tutulub.