Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq

Məbləği 15 min manatdan artıq olan daşınar əmlak nağdsız qaydada alınacaq
31 Yanvar-17:50

Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

"Margin.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.16-cı maddədə qeyd edilib. Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.