Məktəblilər Marsda su axtaracaq cihaz kəşf ediblər

Məktəblilər Marsda su axtaracaq cihaz kəşf ediblər
21 İyul-10:01

"Sirius" təhsil mərkəzində yerləşən "Great Challenges" elmi-texnoloji proqramının məktəbliləri  Marsı araşdırmaq və orada su axtarmaq üçün cihaz hazırlayıblar.

"Margin.az" "TASS"a istinadən xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, hazırlanan cihaz Marsda su axtarışına çıxacaq. Tərkibində mövcud olan qaz səbəbilə sıçrayaraq hərəkət edəcək. Eyni zamanda su olan ərazinin koordinatlarını və digər məlumatlarını da Yerə ötürə biləcək.

Məktəblilər bununla yanaşı, yaxın iki il ərzində dünyanın ilk kosmik mikroskopunu da təqdim etməyə hazırlaşır.

Əlavə edək ki, "Sirius" təhsil mərkəzi 2015-ci ildə Rusiyada Prezident Vladimir Putinin qərarı ilə açılıb. Mərkəzdə 10-17 yaş aralığında 800-dən çox şagird incəsənət, idman  və təbiət elmləri üzrə biliklərə yiyələnir.