"Meqa Sığorta" 1,7 milyon manat itirdi

24 Noyabr-16:52

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında "Meqa Sığorta" şirkətinin hesabına 16,7 milyon manat sığorta haqqı yığılıb.            

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% və ya 1,7 milyon manat azalıb.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə ötən ilin 9 ayı ilə müqayisədə 29,7% artaraq 4,8 milyon manata çatıb.