"Mercedes" 15 milyard avro qazandı

20 Fevral-13:42

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz"in ötən il xalis mənfəəti 34% artaraq 14,8 milyard avroya çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb.

Məlumata görə, ötən il şirkətin gəliri 2021-ci ilə nisbətən 12% artaraq 150 milyard avroya yüksəlib. "Mercedes-Benz" həmçinin 2025-ci ilə qədər 4 milyard dollarlıq səhmləri geri alacağını və dividend ödənişini hər səhm üçün 5 avrodan 5,20 avroya yüksəldəcəyini açıqlayıb.