“Mercedes” və “BMW” qiymətləri bahalaşacaq

“Mercedes” və “BMW” qiymətləri bahalaşacaq
13 Sentyabr-09:28

COVID-19 pandemiyası dövründə müştərilər "Mercedes" və "BMW"nin daha bahalı modellərini almağa başlayıblar.

"Margin.az" "Financial Times"a istinadən xəbər verir ki, Almaniyanın avtomobil istehsalçıları "Daimler" və "BMW" gələcəkdə avtomobillərinin tədarükünü məhdudlaşdırmağı və qiymətlərini pandemiya dövründəki kimi yüksək saxlamağı planlaşdırırlar.

Məlumata görə, avtomobil istehsalçıları çip çatışmazlığı səbəbilə yeni avtomobillərin tədarükünü azaldıb və qiymətləri bahalaşdırıb.