Merkel: “Əfqanıstanda iqtisadi çöküşün qarşısını almaq üçün BVF və Dünya Bankının üzərinə böyük vəzifələr düşür”

Merkel: “Əfqanıstanda iqtisadi çöküşün qarşısını almaq üçün BVF və Dünya Bankının üzərinə böyük vəzifələr düşür”
13 Oktyabr-09:54

"Əfqanıstanda iqtisadi çöküşün qarşısını almaq üçün beynəlxalq yardımlara ehtiyac var".

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel "G20"nin Əfqanıstan üzrə Fövqəladə Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, nə elektrik, nə də maliyyə olmadığı üçün Əfqanıstanda 40 milyon insanın xaosa düşməsini izləmək beynəlxalq birliyin məqsədi ola bilməz və olmamalıdır: "Əfqanıstanda maliyyə sisteminin çökməsi heç kimə fayda verməyəcək. Ölkədə maliyyə sisteminin çökməsinin qarşısını almaq üçün Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzərinə böyük vəzifələr düşür".

Merkel "Taliban" rejiminin tanınmasının Almaniya üçün hələ də müzakirə mövzusu olmadığını vurğulayıb.