Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
06 Oktyabr-18:28

Bakı Fond Birjasında bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) AZ2011024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

"Margin.az" Birjaya istinadən xəbər verir ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 97.2763 (6%) və 97.8984 (4.60%) olan 19 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 52,305,300 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti  97.7556 (4.92%) və orta ölçülmüş qiyməti 97.8035 (4.81%) olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 23.03.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.