Məşhur brend "Off-White" markasının 60%-ni satın alıb

Məşhur brend
20 İyul-15:21

Məşhur fransız markası “Louis Vuitton Moet Hennessy” (LVMH) "Off-White" brendinin 60%-ni satın alır.

"Margin.az" "Tass"a  istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Bildirilib ki, 2 ay ərzində şirkətin 60% səhmləri "LVMH" markasına keçəcək.

Əlavə edək ki,  "Off-White" brendi 2013-cü ildə amerikan modelyer Vircil Abloh tərəfindən yaradılıb. Hazırda o, "Louis Vuitton"un kişi kolleksiyasının yaradıcı direktoru vəzifəsində çalışır.