"MİDA" bina tikintisinə 14 mln. manat xərcləyəcək

12 Sentyabr-13:18

"MİDA" MMC Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi tenderə yekun vurub.  

"Margin.az" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, "MİDA" tenderin qalibi Merkuri-İnşaat MMC və Araz İnşaatçı MMC konsorsium ilə 14 milyon manatlıq müqavilə imzalayıb.

Məlumata görə, müqavilənin müddəti 2024-cü ildə başa çatır.