MİDA-nın mənfəəti 3 dəfədən çox azalıb

MİDA-nın mənfəəti 3 dəfədən çox azalıb
07 Sentyabr-17:40

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ötən ili 1 milyon 509 min manat xalis mənfəət ilə başa vurub.

"Margin.az" xəbər verir ki, bu dövrdə MİDA-nın xalis mənfəəti 2020-ci illə müqayisədə 3,5 dəfə azalıb.

Məlumata görə, xalis mənfəətin azalması kreditlərin ədalətli dəyəri üzrə zərərin və maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərinin artması ilə əlaqədardır. 

Əlavə edək ki, agentlik hesabat ilində 2,1 milyon manat dövlət yardımı alıb. MİDA-nın maliyyə gəlirləri isə 10 milyon 176 min manat təşkil edib.