Minimum əməkhaqqına görə MDB ölkələrinin siyahısı

Minimum əməkhaqqına görə MDB ölkələrinin siyahısı
18 Yanvar-12:57

Azərbaycanda 2023-cü ilin yanvarın 1-i tarixindən mimimum əməkhaqqı artırılıb. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə əməkhaqqı 300 manatdan 345 manata çatdırılıb. 

"Margin.az"ın araşdırmasına görə, Azərbaycanın da daxil olduğu MDB ölkələrində də minimum əməkhaqlarında bu ildən etibarən artımlar baş verib.

Hazırda MDB ölkələri arasında ən yüksək maaş Türkmənistanda, ən aşağı maaş isə Qırğızıstandadır. MDB ölkələrində yanvarın 1-i tarixindən etibarən əməkhaqqı məbləği aşağıdakı kimidir:

Türkmənistan (1 160 türkmən manatı) - 332 dollar 

Rusiya (16 242 rubl) - 235 dollar

Belarus (554 rubl) - 222 dollar

Moldova (4 000 ley) - 210 dollar

Azərbaycan (345 manat) - 203 dollar

Ermənistan (75 000 dram) - 189 dollar

Qazaxıstan (70 000 tenqe) - 150 dollar

Tacikistan (600 somoni) - 56 dollar

Qırğızıstan (1 970 som) - 23 dollar

Özbəkistan (920 000 som) - 81 dollar