Mişustin: "Xəzər regionu transkontinental daşımalar üçün ən böyük mərkəzə çevrilməlidir"

Mişustin:
06 Oktyabr-15:32

"Nəqliyyat və logistika imkanlarını inkişaf etdirmək üçün əlaqələndirilmiş addımlar vacibdir. Xəzər regionu Avrasiyanın ən böyük transkontinental nəqliyyat qovşaqlarından birinə çevrilməlidir. Bu, regional bazarların formalaşmasına, ticarət və sənaye əməkdaşlığının artırılmasına kömək edəcək".

"Margin.az" xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin II Xəzər İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

"Şimal-Cənub dəhlizi üzrə proqnozlaşdırılan yük bazası qiymətləndirilib. Ötən il onun üzrə daşımaların həcmi təqribən 14 milyon ton təşkil edib. 2030-cu ilə qədər yük daşıma potensial demək olar ki, iki dəfə artacaq", - Baş nazir bildirib.