Moldova Azərbaycandan qaz idxal etməyi planlaşdırır

Moldova Azərbaycandan qaz idxal etməyi planlaşdırır
22 Sentyabr-16:31

Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-12-də Azərbaycana səfəri zamanı ölkəsinə qaz tədarükünü müzakirə etmək niyyətindədir.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, Baş nazir ticari-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək.

Məlumata görə, müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qazın idxalının mümkünlüyü də var.