Moldova “Qazprom”la danışıqlar aparmaq istəyir

Moldova “Qazprom”la danışıqlar aparmaq istəyir
23 Oktyabr-16:36

"Qazprom ilə danışıqlar aparmaq istəyirik. Eyni zamanda Moldovanı qazla təmin etmək və tədarük mənbələrini şaxələndirmək üçün alternativ təchizatçılar axtaracağıq".

“Margin.az” xəbər verir ki, bu barədə Moldovanın Baş nazirin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Şpınu Moskvaya səfərinin yekunları üzrə bildirib.

"Maliyyə və qeyri-maliyyə şərtləri, habelə tarixi borcun məhdud müddətdə ödənilməsi  beynəlxalq qaz bazarındakı təklifdən daha yüksəkdir. Moldova Respublikası regionun digər dövlətləri ilə müqayisədə qaza görə daha çox pul ödəməyə razı ola bilməz", - deyə baş nazirin müavini bildirib.