“Moodys” : Türkiyənin dövlət maliyyəsi güclü qalacaq

“Moodys” : Türkiyənin dövlət maliyyəsi güclü qalacaq
04 Dekabr-11:12

Beynəlxalq kredit reytinq agentliyi "Moodys" Türkiyənin uzunmüddətli yerli və xarici valyutada kredit reytinqini "B2" olaraq təsdiqləyib.

"Margin.az" xəbər verir ki, agentlik Türkiyənin reytinq üzrə proqnozunu "mənfi" olaraq saxlayıb.

"Moodys" Türkiyənin əsas xarici zəiflik riski türk lirəsinə olan cari təzyiqdən asılı olmayaraq, cari əməliyyatlar açığının aşağı olması səbəbilə azaldığını bildirib. Məlumata görə, ölkənin özəl sektoru valyuta dalğalanmalarına qarşı nisbi çeviklik nümayiş etdirib və Türkiyənin dövlət maliyyəsi güclü olaraq qalacaq. Açıqlamada türk lirəsinin ucuzlaşmasından istifadə edərək, daxili tələb əvəzinə ixracın 2022-ci ildə böyüməyə daha güclü töhfə vermə ehtimalının olduğu ifadə edilib.