Moodys: “ABŞ və Çinin iqtisadi artımı Avropaya müsbət təsir göstərəcək”

Moodys: “ABŞ və Çinin iqtisadi artımı Avropaya müsbət təsir göstərəcək”
21 Sentyabr-16:35

"Moodys" beynəlxalq reytinq agentliyi bu il COVID-19 pandemiyasının təsirlərinin azalması ilə ABŞ iqtisadiyyatının 6,5%, Çinin isə 8,5% böyüyəcəyini açıqlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə qurum baş vitse-prezidenti məlumat məlumat açıqlayıb.

Agentlik ABŞ və Çində güclü iqtisadi artımın Avropa iqtisadiyyatına əhəmiyyətli və müsbət təsir göstərə biləcəyi vurğulayıb. Belə ki, ABŞ-ın ümumi daxili məhsulunda (ÜDM) daimi olaraq 1% artım Avropa iqtisadiyyatının 0,8% böyüməsinə səbəb olacaq. Digər tərəfdən, Çinin ÜDM-də 1%-lik daimi artım isə Avropanın ÜDM-in 0,2% böyüməsinə səbəb olacaq. Beləliklə, ABŞ-dakı iqtisadi artım Avropanın ÜDM-inə Çindən daha çox təsir edir. Çünki ABŞ Avropa üçün daha böyük ticarət ortağıdır.