Moodys: “Azərbaycan Mərkəzi Asiya və Qafqazda lider ölkə olacaq”

Ölkə 2023-cü il üçün Qazaxıstanı da qabaqlayaraq region lideri olacaq.
Moodys: “Azərbaycan Mərkəzi Asiya və Qafqazda lider ölkə olacaq”
08 Oktyabr-15:53

Koronavirus pandemiyası dövründə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti təxminən 20% təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə "Moodys" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Məlumata görə, bu göstərici Qazaxıstandan sonra Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ən yaxşı göstəricidir. Azərbaycanın maliyyə buferlərinin düşünülmüş idarəetməsi koronavirus pandemiyası və aşağı nefti qiymətlərinə baxmayaraq, ölkəni əlavə borclanmadan qurtarıb.

Bu vəziyyət ölkənin ümumi dövlət borcunun ÜDM-ə nisbətini 2023-cü ilədək 24-25%-dən çox artmağına imkan verməyəcək. Bu göstəriciyə görə, ölkə 2023-cü il üçün Qazaxıstanı da qabaqlayaraq regionda lider olacaq.