Moodys: “Azərbaycanda 2-3 il ərzində iqtisadi artım orta hesabla illik 3% təşkil edəcək”

“Moodys” Azərbaycanda bu il ÜDM-in artım tempinin 3,5% olacağını proqnozlaşdırır.
Moodys: “Azərbaycanda 2-3 il ərzində iqtisadi artım orta hesabla illik 3% təşkil edəcək”
14 Oktyabr-11:04

“Moodys” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və Azərbaycanın təmin edilməmiş prioritet öhdəlikləri reytinqini "Ba2" səviyyəsində təsdiq edib.  

“Margin.az” “Moodys”ə istinadən xəbər verir ki, Azərbaycanın reytinqi “sabit”dən “müsbət”ə dəyişdirilib.

Proqnozun yüksəldilməsinə səbəb idarəetmə və siyasi səmərəliliyin yaxşılaşmasıdır ki, bu da hökumətin kredit profilinin dayanıqlılığını artıra bilər. Bu reytinqin təsdiq olunması Azərbaycanın kredit qabiliyyətli olmasını göstərir. Belə ki, mübadilə məzənnəsinin sabitliyi və Azərbaycanın Mərkəzi Bankının pul-kredit siyasəti haqqında məlumatlandırma prosesinin yaxşılaşdırılması ölkənin daxili və valyuta bazarının dinamikasında sabitliyə kömək edəcək. Ümumilikdə, Azərbaycanın siyasi çərçivələrinin təkmilləşdirilməsi əsasən də dövlətin əhəmiyyətli aktivləri sayəsində hökumətin likvidlik riski səviyyəsini aşağı salacaq, xarici amillərə qarşı həssaslığının qarşısını alacaq və siyasətin çevikliyini təmin edəcək.

Analtiklər bildirib ki Azərbaycanda ÜDM-in artımasının əsas səbəbi COVID-19 pandemiyası ilə əlaqəli məhdudiyyətlərin tədricən aradan qaldırılması və dünya bazarlarında neft qiymətlərinin yüksək olmasıdır. “Moodys” Azərbaycanda bu il ÜDM-in artım tempinin 3,5% olacağını proqnozlaşdırır. Məlumata görə, yaxın 2-3 il ərzində Azərbaycanda iqtisadi artım orta hesabla illik 3% təşkil edəcək.