“Moody’s” Azərbaycanın iqtisadi gücünün reytinqini açıqlayıb

“Moody’s” Azərbaycanın iqtisadi gücünün reytinqini açıqlayıb
21 May-11:56

"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın da daxil olduğu emitentlər qrupunun dövri araşdırmasını tamamlayıb.

"Margin.az" agentliyə istinadən xəbər verir ki, araşdırmada reytinq komitəsi iştirak etməyib və kredit reytinq hərəkətinin baş tutması barədə bəyan edilməyib, həmçinin yaxın gələcəkdə kredit reytinqi hərəkətinin baş tutacağı ehtimalı bildirilməyib.

Agentliyin açıqlamasında qeyd olunub ki, portfelin araşdırılması zamanı kredit reytinqləri və ya proqnozun statusu dəyişdirilə bilməz və buna görə də bu elan onlara təsir etməyəcək.

Araşdırmalara görə, Azərbaycanın kredit profilində (“Ba2” emitent reytinqi) ölkənin iqtisadi gücünün reytinqi “ba3” səviyyəsində müəyyənləşib. Reytinqə görə, ölkənin iqtisadi gücü karbohidrogen qiymətlərindəki dəyişikliklərin iqtisadiyyata əhəmiyyətli dərəcədə təsirləri qarşısında orta rifah səviyyəsini tarazlaşdırır. Ölkənin qurumlarının “b1” reytinqi pul-maliyyə və vergi-büdcə siyasətinin etibarlılığının və effektivliyinin tədricən artırılmasında taraz yanaşmanı əks etdirir. Hökumətin “a1” maliyyə davamlılığı reytinqi ölkənin xalis kreditor kimi möhkəm mövqeyi ilə dəstəklənir. Ölkənin “ba” reytinqi Azərbaycanla Ermənistan arasında davam edən geosiyasi gərginliyin səbəb olduğu risklərə həssaslığı əks etdirir.