"Moody's" Azərbaycanın maliyyə dayanıqlığı reytinqini yüksəldib

21 May-11:09

"Moody's" beynəlxalq reytinq şirkəti Azərbaycanın maliyyə dayanıqlığı reytinqini yüksəldib.

"Margin.az" agentliyə istinadən xəbər verir ki, Azərbaycanın maliyyə dayanıqlığı reytinqi "a2" səviyyəsindən "a1" səviyyəsinə yüksəldib.

Məlumata görə, ölkənin güclü xalis kreditor mövqeyi və xarici valyutada olan borcun yüksək payına baxmayaraq, ölkənin suveren fondlarının həcminin bütün birbaşa dövlət borclarını və zəmanətlərini əhatə etməsi faktı ilə dəstəklənir.