"Moody's" beynəlxalq reytinq agentliyi

23 Avqust-12:01

"Moody's" beynəlxalq eytinq agentliyi Azərbaycan banklarının "xərc-gəlir" nisbətinə görə MDB ölkələri arasında liderlər arasındadır.

"Margin.az" xəbər verir ki, bu barədə məlumatı agentlik açıqlayıb.

Məlumata görə (əməliyyat xərclərinin əməliyyat gəlirinə nisbəti) ötən ilin yekunlarına əsasən bu göstərici Azərbaycan bank sektorunda 43% təşkil edib. Bununla da Azərbaycan Ukrayna (75%), Belarus (52%), Rusiya (45%) və Özbəkistanı (45%) geridə qoyub.

Əməliyyat xərclərinin əməliyyat gəlirinə nisbətinin az olması biznesin daha gəlirli olmasından xəbər verir.Azərbaycanın bu ölkələrdən irəli olmasının əsas səbəbi isə yerli banklarda adətən ən çox əmək və xərc tələb edən pərakəndə bankçılığın həcminin ümumi fəaliyyətin yarısından azını təşkil etməsidir. Həmçinin, xərclərin optimallaşdırılması fonunda yerli banklar filiallarının və işçilərinin sayını azaldır.Ancaq, pərakəndə bankçılıq seqmenti hazırda böyüyür ki bud a xərcləri artıra bilər və "xərc-gəlir" nisbətinə mənfi təsir göstərə bilər.

 

Agentik bildirib ki, yerli bankların pərakəndə biznesin genişlənməsində yaranan xərcləri artan rəqəmsallaşma kompensasiya etməyə kömək edəcək. Bu da öz növbəsində komissiya və digər haqlarını artırmağa təşviq edəcək. Azərbaycan banklarının xərclərinin səmərəliyi isə rəqəmsal bankçılığın həcminin artmasından bəhrələnəcək.