"Moodys" qlobal reytinq agentliyi dünyanın 2-ci ən böyük iqtisadiyyatı Çinin bu il 3,5%, gələn il 4,8% böyüyəcəyini proqnozlaşdırır.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
- “Moodys” qlobal iqtisadi artım proqnozunu endirib
-
“Moodys”: Türkiyənin iqtisadi artımı bir çox ölkələrlə müqayisədə kifayət qədər yaxşıdır
Qurum eyni zamanda, Çinin kredit reytinqini "A1" səviyyəsində təsdiqləyib və proqnozunu stabil saxlayıb. "Moodys" açıqlayıb ki, Çinin yüksək iqtisadi gücü, artan gəlir səviyyəsi və güclü qlobal rəqabət qabiliyyəti ilə dəstəklənəcək. Bildirilib ki, uzun müddət ərzində Çinin böyümə potensialı əhalinin yaşlanması səbəbi ilə yavaşlayacaq.