Moodys: “G20 ölkələrinin iqtisadiyyatları 6,2% böyüyəcək”

Moodys: “G20 ölkələrinin iqtisadiyyatları 6,2% böyüyəcək”
01 Sentyabr-11:29

“Moodys” beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artımın yaxşılaşdığını, lakin “delta”ştammının yayılmasının yeni risklər yaratdığını açıqlayıb.

“Margin.az” xəbər verir ki, bu barədə “Moodys Investors Service” məlumat yayıb.

Məlumata görə, “Böyük İyirmilik” (G20) ölkələrinin iqtisadiyyatları bu il 6,2%, gələn il isə 4,5% böyüyəcək. Halbuki, ötən il “G20” ölkələrinin iqtisadiyyatı 3,2% azalıb.

Hesabata əsasən, bu il “G20” ölkələrinin əksəriyyətində inflyasiya yüksək səviyyədə qalacaq. Belə ki, “G20” iqtisadiyyatlarının əksəriyyətində inflyasiyanın yalnız 2022-ci ildə azalacağı gözlənilir.

Bildirilib ki, bu ölkələrdə pul və maliyyə şərtləri sərtləşdiriləcək.