Moodys: “İqlim dəyişikliyi bankların kredit keyfiyyəti üçün böyük təhdiddir”

Moodys: “İqlim dəyişikliyi bankların kredit keyfiyyəti üçün böyük təhdiddir”
05 Oktyabr-09:53

"Moodys" beynəlxalq reytinq agentliyi iqlim dəyişikliyinin bankların kredit keyfiyyəti üçün böyük təhdid olduğunu açıqlayıb.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bankların hazırda verdikləri kreditlərin aşağı karbon emissiyalı layihələri maliyyələşdirməyə daha çox yönəldildiyi açıqlanıb. Bildirilib ki, iqlim dəyişikliyi bankların kredit keyfiyyətinə əhəmiyyətli təsir göstərir və bu problemə qarşı tətbiq ediləcək siyasətdən asılı olaraq bank sektorunda itkilərin ciddi səviyyədə olması gözlənilir.