Moody's: "Körfəz ölkələrinin neft aslılığından qurtulması üçün ən az 10 il lazımdır"

 Moody's:
21 İyun-15:46

"Moody’s" beynəlxalq reytinq agentliyi neft ixrac edən Körfəz ölkələrinin neft qiymətləri şokundan sonra iqtisadiyyatlarının şaxələndirilməsi istiqamətində səylərinin məhdud şəkildə irəlilədiyini açıqlayıb.

"Margin.az" agentliyə istinadən xəbər verir ki, Körfəz ölkələri ən az on il ərzində karbohidrogen istehsalından çox asılı qalacaqlar.

Məlumata görə, Körfəz ölkələrinin əksəriyyəti üçün ümumi daxili məhsulun 20%-dən çoxu, ümumi ixracatın 65%-dən çoxu və dövlət gəlirlərinin ən azı 50%-i neft və qazın payına düşür. Buna görə də bu ölkələr ən azı 10 ildən sonra neft asılılığından qurtara bilər.

Bildirilib ki, karbohidrogen istehsal gücünü artırmaq üçün elan edilən planlar və dövlətin sıfıra və ya çox aşağı vergilərə dair öhdəlikləri, yaxın illərdə karbohidrogenlərə olan etibarın əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.