Moody's: Mərkəzi Bank üçün siyasi problemlər yarana bilər

Moody's: Mərkəzi Bank üçün siyasi problemlər yarana bilər
02 İyun-14:40

Beynəlxalq reytinq agentliyi "Moody's" Avropa Mərkəzi Bankı (ECB) üçün siyasi problemlərin yaranacağını proqnoz edir.

"Margin.az" xəbər verir ki, agentlik iqtisadi bərpada qeyri-bərabərliyin və infyasiya artımının buna əsas yaratdığını hesab edir. Məlumata görə, bankın bir neçə il ərzində yüksək səviyyədə sərbəst pul siyasətini davam etdirməsi gözlənilir.

Hesabatda bildirilib ki, inflyasiyanın qısamüddətli artımı Avrozonanın böhrandan sürətlə xilas olması ilə əlaqəlidir. Agentliyin açıqlamasına əsasən, Yunanıstan, Portuqaliya və İspaniyanın iqtisadi bərpası Almaniya və Fransaya nisbətən gec reallaşacaq.