Moodys: “Neftin qiyməti bahalaşacaq”

Moodys: “Neftin qiyməti bahalaşacaq”
07 Oktyabr-14:43

“Moodys” beynəlxalq reytinq agentliyi gələn il neftin qiymətinə dair proqnozunu 50-70 ABŞ dollarınadək artırıb.

“Margin.az” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, neftə tələbin artması ilə qiymətlər bahalaşa bilər. Agentlik bu ilin may ayında “Brent” markalı neftin bu il 58 dollar, 2022-ci ildə isə 53 dollar olacağını proqnozlaşdırıb.

Agentlik 2022-2023-cü illərdə tələbin artması ilə neft hasilatının daha da baha başa gələcəyini proqnozlaşdırır. Bildirilib ki, bu il neft və təbii qazın qiymətlərinin maksimum səviyyədə bahalaşmasına baxmayaraq, enerji sektoruna yatırılan investisiyaların həcmi pandemiyadan əvvəlki dövrlə müqayisədə azdır.