"Moody's" ölkələrin pandemiyadan əvvəlki səviyyəsinə qayıdacağı tarixi açıqlayıb

24 May-19:10

"Bir çox inkişaf etməkdə olan ölkələr COVID-19 pandemiyasından əvvəlki səviyyəsinə 2022-ci ildə qayıda biləcək"

"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Moody's" açıqlayıb.

Məlumata görə, inkişaf etməkdə olan iqtisadiyyatlarda canlanma əlamətlərinə baxmayaraq, ölkələrin kreditləri yüksək olaraq qalmaqdadır. "Moody's" 107 inkişaf etməkdə olan ölkədən 73%-nin "investisiya dərəcəsi" səviyyəsinin altında qaldığını və 31,8%-nin "mənfi" reytinqə sahib olduğu bildirib.

Agentlik inkişaf etməkdə olan ölkələr arasında 37-nin reytinqini "B" səviyyəsində, 68-nin "sabit", 34-nün "mənfi", 4 ölkənin isə "müsbət" qiymətləndirib. Bildirilib ki, Çin və Türkiyə xaricində "G20" ölkələrinin ÜDM-i ötən il ortalama 6% azalıb.