“Moodys”: Qlobal inflyasiya yüksək səviyyədə qalacaq

“Moodys”: Qlobal inflyasiya yüksək səviyyədə qalacaq
26 Aprel-10:20

Qlobal inflyasiya bu il yüksək, gələn ilin ikinci yarısında isə mülayim səviyyədə qalacaq.

“Margin.az” xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Moodys” məlumat açıqlayıb.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsi ərzaq və yanacaq qiymətlərinin artmasına, eyni zamanda tədarük zəncirinin pozulmasına səbəb olub. Buna görə də inflyasiya üzərində təzyiqlər artır.

Bildirilib ki, davamlı olaraq yüksələn inflyasiya, xüsusilə, iqtisadi inkişafı yavaşladır və faiz dərəcələrinin yüksəldiyi bir dövrdə ölkələr üçün mənfi kredit təsirləri olacaq.