"Moodys" beynəlxalq reytinq agentliyi bu il Rusiya iqtisadiyyatının 3% kiçiləcəyini proqnozlaşdırır.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat açıqlayıb.
Məlumata görə, bu il ölkədə iqtisadi artım ötən ilə nisbətən daha çox yavaşlayacaq. Ekspertlər xəbərdarlıq ediblər ki, Rusiyanın sanksiyalara görə beynəlxalq təcridinin artması hökuməti qeyri-adi maliyyə siyasətlərinə əl atmağa məcbur edə bilər.
Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji məhsullarının satışından əldə olunan gəlirin azalması səbəbilə Rusiya iqtisadiyyatının bu il 3% azalacağını gözləyir.