“Moodys” Rusiya şirkətlərinin reytinqlərini geri götürüb

“Moodys” Rusiya şirkətlərinin reytinqlərini geri götürüb
31 Mart-18:09

Beynəlxalq reytinq agentliyi “Moodys” Rusiyanın bir sıra regionunun və şirkətlərinin reytinqini geri götürüb.

“Margin.az” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq şirkət Rusiyanın yerli və xarici valyutada reytinqinin yuxarı həddini də geri götürüb.

Əlavə edək ki, martın 5-də “Moodys” Rusiyada kommersiya fəaliyyətinin dayandırıldığını elan edib.