Rusiya və Ukrayna arasındakı müharibə eyni zamanda sanksiyalar inflyasiya təzyiqləri və təchizat zəncirinin pozulması kimi mövcud riskləri daha da gücləndirəcək.
“Margin.az” xəbər verir ki, bu bu barədə beynəlxalq kredit reytinqi agentliyi “Moodys”in bəyanatında qeyd edilib.
Bəyanata görə, hərbi münaqişə və beynəlxalq sanksiyaların qlobal kredit şərtlərinə təsirinin həcmi onların müddətindən asılı olacaq.
“Rusiyaya qarşı sanksiyalar biznes və maliyyə bazarlarında qeyri-sabitliyin yaranmasına səbəb olacaq” - deyə bəyanatda vurğulanıb.