“Moodys”: Rusiyanın avrobondlar üzrə rublla ödənişi müqaviləyə ziddir

“Moodys”: Rusiyanın avrobondlar üzrə rublla ödənişi müqaviləyə ziddir
15 Aprel-10:40

“Rusiyanın 2022 və 2042-ci illərdə ödəmə müddəti başa çatan avrobondlar üzrə ABŞ dolları əvəzinə rublla ödənişləri istiqraz buraxılışının şərtlərində dəyişiklikdir”.

“Margin.az” xəbər verir ki, bu barədə “Moodys” beynəlxalq reytinq agentliyinin məlumatında qeyd edilib.

Məlumata görə, mayın 4-dək vəziyyət dəyişməsə, o zaman bunu defolt adlandırmaq olar.

Əlavə edək ki, ABŞ-ın xarici borclara xidmət üçün dondurulmuş valyuta ehtiyatlarından istifadəyə qadağası fonunda Rusiyanın Maliyyə Nazirliyi aprelin 4 -də ödənilməli olan “Rusiya-2022” və “Rusiya-2042” məsələləri üzrə ödənişləri rublla həyata keçirib.