"Moody's" Rusiyanın reytinqini açıqlayıb

05 İyun-12:15

"Moody's" beynəlxalq reytinq agentliyi Rusiyanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Baa3" səviyyəsində təsdiqləyib.

"Margin.az" "Ria Novosti"yə istinadən xəbər verir ki, "Moody's" ölkənin reytinqlər üzrə proqnozunu isə "sabit" saxlayıb. Reytinqə ölkə iqtisadiyyatının COVID-19 pandemiyası və neft qiymətlərinin dəyişkənliyinə dayanıqlığı, aşağı dövlət borcu və güclü fiskal buferlərin mövcudluğu təsir edib.

Buna baxmayaraq, ölkənin iqtisadi böyümə potensialı zəif olaraq qalır və dövlətin iqtisadiyyatda dominant rolu ümumi göstəriciləri mənfi təsir göstərir. Həmçinin, Rusiyanın siyasi hadisələrə qarşı həssaslığı və xüsusilə, yeni sanksiyaların davamlı riski ölkənin reytinqinin zəif tərəfləridir.