"Moodys" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqlərini korporativ ailə reytinqi (CFR) və yüksək təminatsız reytinqi də daxil olmaqla "Ba2"dən "Ba1"ə yüksəldib.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, "Moodys" SOCAR-ın Əsas Kredit Qiymətləndirməsini (BCA) "b1"dən "ba3"ə, Defolt Ehtimalı Reytinqini (PDR) isə "Ba2-PD"dən "Ba1-PD"yə yüksəldib. Qurum şirkətin reytinqləri üzrə proqnozunu "müsbət"dən "stabil"ə dəyişib.
Eyni zamanda agentliyin bugünkü reytinq qərarı avqustun 5-də Azərbaycanın suveren reytinqinin "Ba2"dən "Ba1"ə yüksəldilməsinə uyğundur.